Rayonun yaranma
tarixi – 26.XI.1991
Ərazisi – 0,94 min.
kv. km
Əhalisi – 28143
O cümlədən
azərbaycanlılar –
15214
Digər əhali – 12929
İşğal günü –
26.02.1992
2014-cü il ərzində Xocalı rayon Statistika idarəsi uçot vahidləri ilə
mütəmadi əlaqə saxlayaraq hesabatların elektron formada (online) recimində
göndərilməsi üçün fəaliyyətdə olan 31 uçot vahidi ilə müqavilə bağlanmışdır. İl ərzində uçot vahidləri ilə təminat xarakterli 2
müşavirə keçirilmiş və bu müşavirələrdə hesabatların vaxtında və düzgün
çatdırılması ilə əlaqədar lazımi tövsiyələr vermişdir. İl ərzində tərəfimizdən
9 təhlili məruzə, 1 bülleten, "Xocalı rayonu inkişaf yolunda" adlı 1
məcmuə çap etdirərək aidiyyəti üzrə istifadəçilərə çatdırılmışdır. Hesabat ili
ərzində rayonda 74 ailədə iqtisadi fəallıqla bağlı müayinə, 40 ailədə isə ailə
büdcəsi ilə bağlı müayinə vaxtında keçirilərək uğurla başa çatdırılmışdır.
Kənd təsərrüfatı
2014-cü ilin məhsulu
üçün Xooalı rayonunda başqa rayonun ərazilərində olan dövlət fondundan icarəyə
götürülmüş torpaq sahələrində yazlıq və payızlıqlarda daxil olmaqla 3616 ha sahədə kənd
təsərrüfatı bitkiləri əkilmişdir. Məhsul götürülən sahədən 3616 hektarını dənli
bitkilər təşkil edir. Bu sahələrdən 3000 hektarı özəl, qalan 616 ha isə
nümayəndəliklərində aparılmışdır. Cəmi biçin aparılmış 3616 ha taxıl sahəsindən
47140 sentner taxıl məhsulu götürülmüşdür. Götürülmüş taxıl məhsulundan 45180
sentner buğda, 1960 sentneri isə arpa olmuşdur. 2014-cü ildə rayonda 254 ha sahədə isə yazlıq
bitkilər əkilmişdir. Bundan 192 ha-da kartof, 02 ha tərəvəz bitkisi
əkilmişdir.
Əkilmiş 192 ha kartof sahəsindən
7664 sentner kartof məhsulu, 62
ha sahədən isə 3410 sentner tərəvəz məhsulları
götürülmüşdür.
Bitkiçiliklə yanaşı
rayonda heyvandarlıq sahəsinə də xüsusi fikir verilmişdir. Belə ki, irubuynuzlu
mal-qaranın baş sayı 2014-cü ilin sonuna 3588 baş, qoyun-keçinin baş sayı isə
23242 baş, arı ailəsinin sayı 3116 baş, quşların baş sayı isə 10311 baş
olmuşdur. Hesabat ilinin sonuna rayonda ət istehsalı 4000 sentner, süd
istehsalı 51500 sentner, yun istehsalı 257 sentner, yumurta istehsalı isə 65
min ədəd olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı
sahəsində bəzi iqtisadi sahədə göstəricilərin
azalması rayon əhalisinin əvvəl müvəqqəti məskunlaşdıqları yerlərdən məcburi
köçkünlərin yaşayışı üçün inşa olunmuş müasir tipli yeni salınmış qəsəbələrə
köçürülməsi ilə əlaqədar olmuşdur. Əhali yeni qəsəbələrə köçürülmə ilə əlaqədar
özlərinə məxsus şəxsi mal-qaranın bir qismini müxtəlif vaxtlarda ehtiyacları
olduğuna görə satmışlar. Buda iribuynuzlu mal-qaranın və xırda buynuzlu
davarların sayının azalmasına səbəb olmuşdur.
Demoqrafiq
vəziyyət
2014-cü il ərzində Xocalı
rayonunun əhalisi 28143 nəfər olmuşdur ki, bundan da 12929 nəfərini erməni və
digər millətlər, 15214 nəfəri isə azərbaycanlılar təşkil edir. İl ərzində 186
uşaq doğulmuş, 83 ölüm halı qeydə alınmış, ölənlərdən 1 yaşa qədər uşaq ölümü
qeydə alınmamışdır.
İl ərzində rayona
gələnlərin sayı 453 nəfər, gedənlərin sayı 232 nəfər olmuşdur. Rayonda başqa
sahələrlə yanaşı təhsil səhiyyə, mədəniyyət obyektləri də rayon əhalisinə
xidmət göstərir.
D.Ə.ƏSƏDOV,
Xocalı
RSİ-nin rəisi